Aqil Abbas: ““Tərtər işi”nin üstü açılsa, onlar da cinayət məsuliyyəti daşıyacaqlar”


““Tərtər işi” ilə bağlı istintaq prosesi davam edir. Qısa zamanda araşdırma yekunlaşar, nəyin nə olduğu aydınlaşar. Məsələdə Nəcməddin Sadıkovun, Zakir Qaralovun adı hallanır. İndidən peyğəmbərlik edib cinayətkarın kim olduğunu deyə bilmərik. İstintaqda iştirak etmirəm. Amma hər halda bu hadisə baş verməli deyildi. Adamları məhkəməsiz cinayətkar adlandırmaq, döyərək öldürmək, “vətən xaini” adı ilə basdırıb, heç kimi qəbristanlığa buraxmamaq...”
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
 
Deputat qeyd edib ki, xain olmayanlar deyil, ““vətən xaini” olanlar cinayətkar adlandırılmalıdır: “Təbii ki, “Tərtər işi”nin üstünün açılmasını istəməyənlər də var. Çünki açılsa, onlar da cinayət məsuliyyəti daşıyacaqlar. Ona görə də prosesdə ləngimələr var. İnanıram ki, baş prokuror qəti addım atacaq, xəyanətkarların gördükləri işlər üzə çıxacaq”.
Tarix: 17-06-2022, 20:32
Xəbəri paylaş





Xəbər lenti