“İmkanlı şəxslərin Qarabağın bərpası prosesinə cəlb edilməsi dövlətin yükünü yüngülləşdirər” - Məlahət İbrahimqızı


“Dövlətin təsdiq etdiyi plana uyğun şəkildə imkanlı şəxslərin Qarabağın bərpası prosesinə cəlb olunması normaldır. Məsələn, xarici ölkələrdən Azərbaycana sərmayə qoyurlar, yaxud da Azərbaycanın investorları xaricdə sərmayə qoyurlar. Bu baxımdan da vətənimizin, məmləkətimizin, işğaldan azad olunmuş, 30 il həsrətini çəkdiyimiz, şəhidlərimizin qanı tökülən torpaqların bərpasında varlı şəxslər də imkanlarından istifadə etsə, burada qəbahət nə ola bilər ki?”
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
 
Deputat qeyd edib ki, Qarabağ hər kəs üçün qiymətlidir: “Qarabağın hər qarışında şəhidlərimizim qanı var. Bir halda ki, Azərbaycanın imkanlı adamları xaricdə sərmayə qoyurlarsa, bunu elə ölkəmizdə də Qarabağa yatırsınlar. Ancaq təbii ki, bu proses xaotik olmalı deyil, yəni kim harada gəldi, nə istəsə, etsin, bu şəkildə ola bilməz. İmkanlı şəxslərin Qarabağın bərpasına cəlb olunması dövlətin təsdiq etdiyi plana uyğun olaraq həyata keçirilməsi, əlbəttə ki, çox yaxşı olardı. Belə olan halda, dövlətimizin yükü də bir qədər yüngülləşər. Dünyada vəziyyət getdikcə çətinləşir. Qlobal ərzaq böhranı yaşanır, geosiyasi proseslər, müharibələr, pandemiya xarakterli xəstəliklər, yəni bunların hamısı ölkəmizə təsirsiz ötüşmür...”
Tarix: 18-06-2022, 16:07
Xəbəri paylaş





Xəbər lenti