Saleh Məmmədova da “qara kağız” gəldi - Korrupsioner oliqarx yola salınır...




 Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC sədri postundan kənarlaşdırılmasından sonra növbənin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova çatdığı bildirilir. 
Artıq köhnə qvardiyadan olan sonuncu oliqarx-korrupsioner məmurların da sistemdən çıxdaş olunması prosesi getməkdədir. Üstəlik nəzərə alsaq ki, S.Məmmədov C.Qurbanovun kadrıdır və onun dəstəyi ilə karyera yüksəlişi yaşayıb, dəmiryolçunun yola salınması ilə adamının da uzaqlaşdırılması vaxtı yetişib. Deyilə bilər ki, C.Qurbanov işsiz qalmadı, amma nazir müavini təyin olunması portfelsiz məmur olmağa bənzəyir. Bu mənada S.Məmmədovun da AAYDA rəhbərliyindən kənarlaşdırılacağı gözlənilir. Çünki yeni idarəetmə modelinə keçid və Mehdiyev komandası ilə vidalaşmaq zəruri edir ki, bu məmurları da işdən çıxarsınlar. Anaxeber.info bildirir ki, S.Məmmədov ölkənin yol infrastrukturunun qurulması işində heç də qurucu fiqur olmadı. Əksinə, dağıdıcılıq, maxinasiya, korrupsiya, büdcə pullarının çırpışdırılıb talan edilməsi miqyas tanımır. Hakimiyyət isə büdcə vəsaitlərinin indi daha qənaətlə xərclənməsi, Qarabağda quruculuq işlərinə yönəldilməsi strategiyasını yürüdür. Çünki məmurlar kifayət qədər varlanıblar, olmazın sərvətə sahibləniblər, xaricdə və ölkədə biznes, mal-mülk, şirkətlər qurublar, bundan isə büdcəyə bir qəpik də fayda yoxdur, qazanan özləridir. Ona görə siyasi rəhbərlik onların harınlamış həyatına, cah-cəlalına son qoymağın vaxtı gəlib çatdığını qərarındadır. O səbəbdən Rövnəq Abdullayev, Cavid Qurbanov kimi məmurların ardınca Saleh Məmmədovun da böyük pullar dövr edən bir strukturun başından götürülməsi ssenarisinə hazırlıq gedir. Düzdür, bu ilin fevralında həmin vəzifəyə yenidən təsdiqlənsə də, situasiya dəyişib və İdarə Heyətinin toplanıb onu yola salması iki vur iki qədər asan məsələdir. Ümumiyyətlə, S.Məmmədov heç bir fəaliyyəti ilə özünü doğrulda bilməyib. Bu sərvət isə onun qudasından oğluna qədər hər kəsi varlandırıb. Saleh Məmmədovun oğlu Sübhan Məmmədli Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alıb və şirkətə şəriklik hüququ əldə edbr. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (q eydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Haradandır axı bu qədər pul? Ümumən, Saleh Məmmədov Azərbaycanda qazandığı milyonları xaricə daşıyaraq böyük biznes şəbəkəsi formalaşdırıb.  Onun oğlu Sübhan Məmmədli  artıq 21 yaşında həm Avstriyada, həm də Böyük Britaniyada şirkət açıb. Londonda fəaliyyət göstərən şirkətinin hissələrini alaraq şəriklik hüququ əldə edib. Mediada yaylan sənədlərə görə, AAYDA rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Londonun zənginləri sırasında ən gənc milyonçu kimi tanınır. Hətta Sübhan Məmmədlinin milyonlarla aktivi olan Britaniyadakı şirkətinin tərəfdaşları sırasında erməni Tiqran Petrosyanın da adı çəkilir. Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 milyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır. Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. Onun İstanbulda dəyəri 1 400 000 lirə olan villası barəsində də bilməyən yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri həmçinin burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir. Həmçinin “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. Media üzərindən apardığımız araşdırmaya əsasən, Saleh Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirkətlərin siyahısını da təqdim edirik: “Saha İnvestment Dış Ticaret Limited” “Subhan Dış Ticaret Limited” “Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.” “Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited” “Azerturk İnvestment Dış Ticaret Limited” Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur. Anaxeber.info yazır ki, ekspertlərin də qeyd etdikləri kimi, ölkənin bir çox yollarında, o cümlədən Bakı-Quba yolunda qüsurların olması, Zığ-Hövsan yolunda yarımçıq işlərin başa çatdırılmaması, yolların bir tərəfinin hələ də açılmaması, işıqlandırılmaması nəticəsində demək olar ki, hər gün həmin yollarda avtomobil qəzası baş verir. Yollarda çökmə, natamam işlərin nəticəsində yaranan boşluqlara görə sürətli gedən maşınlar idarəetmədən çıxır, çox sayda insanın ölümü baş verir. Bütün bu qəzaların baş verməsində əsas günahkar olan AAYDA isə məsuliyyətdən kənarda qalır. Həmçinin, Saleh Məmmədov qudaları Əflatunu və Müseyibi başına yığıb bu milyonları mənimsəyirlər.  Söhbət qurumun Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevdən və Avtomobil Yollarının Təmiri və İstismarı  İdarəsinin rəisi Əflatun Qasımovdan gedir. Bəli, Əflatun Qasımov qurumun canı olan maliyyə məsələlərinə baxır, bütün maxinasiyaları  o həyata keçirir. Bəs o biri quda, Müseyib Həmzəyev nə edir ? O da keyfiyyətsiz, heç bir standarta uyğun gəlməyən avtomobil yollarını İSTİSMARA qəbul edir. Və Allah qoymasa, qısa vaxtdan sonra yol çökür, Müseyib indi də TƏMİR üçün dövlətdən milyonlar tələb edir. Beləcə, qudalar  yolların hesabına villalar tikirlər. Adamın ağlına qəfil sual gəlir ki, görəsən, bu Saleh Məmmədovun qorxusu-hürküsü yoxdur?
Anaxeber.info 
Tarix: 22-06-2022, 10:16
Xəbəri paylaş





Xəbər lenti