Natiq Cəfərli: “Səfər Mehdiyev istefa verməlidir”


“Dövlət Gömrük Komitəsi ilə bağlı kifayət qədər şikayətlərin, problemlərin olduğunu nəzərə alaraq, Səfər Mehdiyevin heç olmasa istefa verməsi məsələsi gündəmə gəlməlidir. Çünki illərdir müxtəlif şikayətlər, problemlər var. Təəssüf ki, bütün bunların həlli yönündə heç bir addım atılmayıb. Ona görə də Gömrük Komitəsi sədrinin istefa verməsi, mənəvi məsuliyyət daşıması məsələsi aktualdır. Əgər Komitədə doğrudan da çox ciddi həbslər və ciddi proseslərin olduğu təsdiqlənirsə, o cümlədən Komitənin sədri həm də öz işçilərinin hərəkətləri ilə bağlı mənəvi məsuliyyət daşıyır”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
 
“Səfər Mehdiyevin istefa verməsi lazımdır. Bu, hətta məntiqlə də mümkündür. Mehdiyevin həbs olunub-olunmaması ilə bağlı məsələyə hüquq-mühafizə orqanları aydınlıq gətirsələr, daha yaxşı olar”, - ekspert bildirib.
Tarix: 22-06-2022, 14:07
Xəbəri paylaş





Xəbər lenti