Qrant qırğını: kim haqlıdır?!



Qrant nədir? Zənnimcə milli ideolooji xətt üzrə dövlətin deyə bilmədiyi sözü, görə bilmədiyi işi ictimai rəyə yeridən, vətəndaş yetişdirmək üçün düşünülmüş, yerli qeyri-dövlət təşkilatlarına ayrılan maliyyə vəsaitidir.
Xatırladım ki, bu işi görəcək qeyri-dövlət qurumu deyəndə, milli QHT sektoru yada düşür. Yəni qeyri-hökumət təşkilatları.
Bir də onu xatırladım ki, bu sektoru uzun müddət xarici dövlət kəşfiyyatları, ideoloqları və ya ideoqların adına bağlı fondlar ciddi şəkildə, böyük məbləğlərlə idarə edirdi Azərbaycanda.
Sonra Azərbaycan dövləti bu prosesin qarşısını almaq üçün Milli QHT Şurası yaratdı. Əslində ciddi qurum idi. Milli ideolji işin onurğası hesab edilirdi. Amma onu da məlum zadlar qoymadı abad və dövlət adına ciddi şəkildə çalışdırsınlar.
Üstəlik xaricdən ələlxüsus Pribaltika dövlətləri üzərindən Avropadan və Amerikadan Azərbaycana illeqal yollarla bəzi təşkilatlara gizli maliyyə axını oldu. Yeri gəlmişkən, bu indi də var.
Sonra ölkədə məlum siyasi dəyişikliklər baş verdi. QHT sektoru da o dəyişiklikdən sonra inhisardan çıxdı, amma təmizləndimi, əsla? Bu günlərdə yeni QHT layihələri üçün müsabiqə yekunları açıqlanıb. Camiyədə elə bil "əlvəli müsibətidir". Layihəsi keçənlər deyir müsabiqə ədalətlidir, keçməyənlər deyir ədalətsizdir.
Düzü media sektorunda baş verənlərə söykənib prosesin nə qədər şəffaf olduğunu deyə bilmərəm. Çünki umulan və gözlənilən heç nə olmadı mediada, xüsusən milli media admı sayılan imzalara münasibət düzü ürəkaçan deyil. Ədalətsizlik görənə indi də eyni davranılır. Lakin bir şeyə əminəm, indi dövlət QHT sektorunda və ya bu sektor vasitəsi ilə nələrisə etməyə çalışır. Çünki orada məsələ mediada olduğu qədər qəliz, bərbad və ictimai açıq baş vermir.
QHT sektorunda simvolik canlanma var. Bu da dövlət milli ideologiyasızlıqdan narahatdır deməyə əsas verir. Amma unutmaq olmaz, bu əsasların ümumiyyətlə, olmamasını istəyənlər var. Onlar da fərdi məsələlər, ala bilmədikləri maliyyə üçün hirslidirlər.
Sevimli və sevgili xanımlar, bəylər!
Dünyanın bəzi güclərinin batırmaq istədikləri bizim yox, sizin para qazandığınız Azərbaycan dövlətidir, bu bir. Zərbə alan və dözməyi seçən lider, tədbirlərində böyründən sizin əl çəkmədiyiniz, olduğu yerə düşmək üçün bəzilərinizin min oyundan çıxdığı dövlət başçısıdır, birinci xanımdır, bu da iki. Odur ki, əl insaf! Ən azından bu ikisinə, dövlətə və liderə münasibətdə ədalətli olun, sevgidə saxta olmayın.
Bir də bu dünyadan gedəcəyiniz anda apara biləcəklərinizi düşünün, bir can, bir kəfən, bir məzar və bir rəhmət, o da nəsibdirsə.
Bu arada onu da xatıladım ki, uzun müddət dövlətin maliyyəsi bütün sahələrdə olduğu kimi QHT sektorunda da havaya sovrulub. Uzun müddət kim gəldi bir QHT qurub, sonra da yaxşı həyat qurub özünə. Dövlətə yox ha, özünə. Hesabatında min əllaməlik edib və sair. Hələ o da var ki, QHT sektoru üçün şapkalar müəyyən edilirdi. Və bu bir adam yox, məhz ciddi siyasi çevrədən idarə olunan məsələ idi. Media məsələsində o adam tək Vüqar Səfərli olmadığı kimi, QHT sektorunda da bəlli adamlar deyildilər. Bir təklifim var vətəndaş mövqeyidir. Başı əzə bilmiriksə, quyruğu tapdalamağa lüzüm yoxdur. Dövlət də, tapdalayan qurumlar da biabır olur.
***
Beş minə yaxın QHT-si olan ölkənin vətəndaşı indi əslində oxumamış alim, vətəndaş-ideoloq olmalı idi. Amma məsələn, Roza Zərgərlinin hansı çıxışındakı, hansı xronometrajda, nə dediyini əzbər bilir çoxu. Buna görə o əzə bilmədiyimiz başdan soruşmaq lazım hanı iş və ya vəsait?!
Onların yetişdirdiklərinə gəlincə. Bu günkü dünya düznində belə zombiləşmiş vətəndaşla, ancaq işğallar və inqilablar, söyüş mexanizmi işlətmək mümkündür. Beş-on min yetişdirilən, xüsusi təyinatlı döyüşçü, jurnalist, ideoloq, müəllim, QHT rəhbəri, məmur və sairlə heç zad eləmək olmaz indən belə. Çünki ölən döyüşlərdə öldü, qalan da yarıcan və ehtiyac içindədir. Bunu anlayan dövlətlər adətən hansısa islahatlar reallaşdırır. Əslində indi Azərbaycanda, qoysalar, QHT sektorunda bu baş verə bilər, amma qoysalar!
***
Hər zaman məsələyə ədalətli olmağa çalışmışam. Çünki qələm də söz də silahdır. Dövləti bədəf etdirmək olmaz! Bu mənvi cinayətdir. Hələ para üçün hrç olmaz bu həm də mənəvi əxlaqsızlıqdır. İndi bütün sahələrdə olduğu kimi QHT sektorunda da mövqe savaşı, qaydasız döyüş gedir. Laxladılan kim varsa, real hücumçu və böhtançı olur. Qarşı tərəfsə hələ məlum talandan sonra gün üzünü yenicə görən uşağa bənzəyir. Qorxur, həyəcanlanır, tərpənə bilmir. Və yenə də əzilən, əziyyət çəkən bir ovuc milli güc, milli kadr olur. Bu gün söyülən də, umulan da, yorulan da onlardır. Niyəsə əminəm ki, Azərbaycan dövləti elə özünə və gələcəyinə görə məhz onları görəcək, seçib götürəcək, dəstəkləyəcək. Mərhum Heydər Əliyev məhz bunu edən siyasət nəhəngi idi.Daha sonra qalanların fəlaliyyəti ciddi şəkilsə təftiş ediləcək. Bu əsil haqq tapıntısı olacaq. Qalır o ki, Dövlət Baba nahaqqlara deyə, bir zəhmət yanınızı qaldırın, altınızdan haqqı, ədaləti çıxarım. Üfunət qoxsa da, bu addımlar atılmalıdır. Çoxu kimi gözləyək, müharibədən sonrakı Azərbaycan haqda ən son və çox yaxşı ümid suda boğulanacan yəqin ki, o addımlar atılacaq!..
Jalə Mütəllimova
Tarix: 30-06-2022, 08:53
Xəbəri paylaş





Xəbər lenti