“Əməliyyat keçiriləsi orqanlardan biri də Ramiz Zeynalovun rəhbəri olduğu Baş Dövlət Yol Polisi İdarəsidir”


Dövlət Gömrük Komitəsində daha bir əməliyyat keçirib. Son 10 gün ərzində artıq 2-ci əməliyyatdır. Saxlanılanlar var. Əlbətdə təqdirəlayiqdir. Çünki korrupsiyaya və rüşvətə bulaşmış hər orqanda bu cür əməliyyatların olması mütləqdir. Əməliyyat keçiriləsi orqanlardan biri də hörmətli general-mayor Ramiz Zeynalovun rəhbəri olduğu Baş Dövlət Yol Polisi İdarəsidir.
 
Siam.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

“Yol polisində baş verən maxinasiyalar hər kəsə məlumdur. Sürücülük vəsiqəsi satılır, 100 minlərlə vəsaitin hara getməsi məlum deyil. Ən əsası Ramiz Zeynalov cənablarının xidməti müddəti başa çatmasına baxmayaraq hələ də vəzifəsinin başındadır. Niyə?! Bəli, əməliyyatlar davam etməlidir. Mütləq şəkildə bu qurum da nəzərdə olmalıdır” – A.Həmidli qeyd edib.Pravda.az
Tarix: 2-07-2022, 13:46
Xəbəri paylaş





Xəbər lenti