Əkrəm Həsənov: Niyə, məsələn, qaziyə ayda azı 1500 manat, əlil olana isə azı 2000 manat verilməsin?


“Məmurların qazilərimizə göstərdiyi etinasızlıq yolverilməzdir. Lakin əsas günahkar Milli Məclisdir. Qanunları qəbul edən odur. O cümlədən dövlət büdcəsi və pensiyalar haqqında. Deputatlar öz maaşını asanlıqla ikiqat artırdı bu yaxınlarda. Axı niyə, məsələn, qaziyə ayda azı 1500 manat, əlil olana (dərəcəsindən asılı olmayaraq) isə azı 2000 manat verilməsin? Niyə Milli Məclis belə qanun qəbul etmir? Büdcədə vəsait yoxdur? Boş-boş şeylərə az pul ayırsınlar, onda pul olar. Məsələn, lazımsız səfirliklərin saxlanılmasına, məmurların “ezamiyyə” adı ilə xaricdə veyllənməsinə və s…”
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.
 
“Pandemiya göstərdi ki, işləmək və öyrənmək üçün heç yerə mütləq getmək lazım deyil, cinsi əlaqəyə girməkdən başqa hər şeyi distant da etmək olar. Büdcədə başqa lazımsız xərclər də var. Mən hələ dövlət satınalmalarının şəffaf və qanuni aparıldığı təqdirdə nə qədər vəsaitə qənaət ediləcəyindən danışmıram. Parlamentarizm ilk növbədə xalqın büdcəyə, gəlir və xərclərə nəzarəti deməkdir. Bu yoxdursa, özümüzə də sual verək: niyə belə deputatlarımız var?...” – Ə.Həsənov qeyd edib.
Tarix: 12-07-2022, 22:21
Xəbəri paylaş





Xəbər lenti