Azərbaycanla bağlı təhlükəli proseslər baş verir - Diqqət, TƏHLÜKƏ!!!


“Bölgədə gedən proseslərin normal olduğunu demək bir qədər çətindir. Gürcüstan və Ermənistan birmənalı olaraq Qərbin “qara siyahısı”na düşüb. Səbəb Ukrayna müharibəsi fonunda bu ölkələrin Rusiyanı dəstəkləməsidir. Bu öz yerində, Azərbaycanda gedən proseslər də məni narahat edir. Bakının mərkəzində - Fəvvarələr meydanında qaz sızması olmadan partlayışın baş verməsini, ölkədə “Beşinci kolon”un vəzifədə olan nümayəndələrinin insanları incitməsini nəzərdə tuturam. Sanki bu adamlara komanda verilib. Mən bu komandanın Moskva və Tehrandan verildiyini ehtimal edirəm”.

Siam.az xəbər verir ki, bu sözləri Reyting.az-a professor Cümşüd Nuriyev deyib.

C. Nuriyev əlavə edib ki, ölkə daxilində olan “Beşinci kolon” yenidən fəallaşır: “Qazilərlə bağlı məsələni də bura aid edərdim. Belə hallar ölkəmizə xeyirə gətirə bilməz. Bunlar insanları qıcıqlandırıb siyasi gərginliyə cəlb etməyə çalışırlar”.

Professor bildirib ki, bütün bunlara baxmayaraq, bölgədə gedən proseslər Azərbaycanın xeyrinədir. O, buna səbəb kimi Türkiyənin əsas oyunçu olmasını göstərib.

C. Nuriyev diqqətə çatdırıb ki, iyulun 19-da Türkiyə, Rusiya və İran rəsmiləri Tehranda görüşəcək: “Üç böyük ölkə nümayəndələrinin bir araya gələrək müzakirə aparması əhəmiyyətlidir. Eyni zamanda Tehran görüşündən sonra proseslərin hansı istiqamətdə inkişaf edəcəyi məlum olacaq. Hesab edirəm ki, bu dövlətlər təkcə Avropanın deyil, Asiyanın da taleyində mühüm rol oyanaya bilərlər”.

C. Nuriyevin iddiasına görə, ABŞ Asiya və Avropa arasında qarşıdurmaya nail olub və bundan yararlanmaqdadır. “Ukraynada müharibənin getdiyi beşinci ay ərzində avro ilə dolların məzənnəsi faktiki olaraq bərabərləşib. Görünən odur ki, dərin dövlət istəyinə nail olub. Bundan sonra avronun ucuzlaşması müşahidə ediləcək. Qafqazda gedən proseslər isə bu hadisələrin lokomotivini müəyyənləşdirəcək. Mən deyərdim ki, bu, dünyanın siyasi taleyində böyük rol oynayacaq”,- deyə C. Nuriyev əlavə edib.
Tarix: 13-07-2022, 15:45
Xəbəri paylaş





Xəbər lenti