“Səfər Mehdiyev həbs ediləcək” - SENSASİON AÇIQLAMA


“Sən hansısa quruma rəhbərlik edirsənsə, orda xüsusən korrupsiya kimi biabırçılıqlar baş verirsə, ən yaxşı halda sən məsuliyyətsiz və pis rəhbərsən. Həbs üçün gərək istintaq orqanlarının əlində sübutlar olsun. Ya sən də cinayətlərdə iştirak etmisən, ya da baş verənlərdən ən azından xəbərdarsan. Bu halda, təbii ki, cinayətkarsan, məsuliyyət daşıyırsan, həbs edilməlisən. Hər bir şəxsin təqsirsizlik prezumpsiyası var. Əksi sübut olunmayanadək Səfər Mehdiyev cinayətkar deyil. Amma praktikadan bilirik ki, birmənalı şəkildə korrupsiya hallarından rəhbərin ən azından məlumatı olur. Çox nadir hallarda əksini görürük”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

Ə.Həsənov xatırladıb ki, 2005-ci ildə Daxili İşlər Nazirliyinin polkovniki Hacı Məmmədov insan qətlləri və oğurluğu ilə məşğul olduğu üçün həbs edildi: “Məlum oldu ki, sabiq nazir Ramil Usubovun bu məsələlərdən xəbəri yoxdur. Sonradan Usubov vəzifəsində xeyli müddət qaldı. O zaman da cənab Prezident İlham Əliyev dedi ki, ola bilər, rəhbərin məsuliyyəti yoxdur, amma bu, DİN-in üzərində ləkədir. Səfər Mehdiyev isə DTX əməliyyatlarının üstündən bir neçə gün sonra vəzifəsindən azad edildi. Bu dolayısı ilə Mehdiyevin Dövlət Gömrük Komitəsində baş verənlərdə birbaşa məsuliyyət daşıdığına işarədir. Sabah həbs olunsa, təəccüblənmərəm. Açıq deyək ki, DGK-nın ən korrupsion dövlət qurumlarından biri olmasını həmişə bilmişik. Səfər Mehdiyevin bütün bunlardan xəbərinin olmaması isə bizi təəccübləndirər. Deyə bilmərəm ki, o da cinayətdə iştirak edib, ya yox. Böyük ehtimaldır ki, Səfər Mehdiyev həbs olunacaq. Mehdiyevin neçə müddətlik həbsi barədə isə dəqiq demək hələ tezdir. Əməliyyatı yüksək səviyyədə həyata keçirmiş DTX-də bütün məlumatlar var. Yaxın vaxtlarda açıqlanacaq”.
Tarix: 16-07-2022, 22:57
Xəbəri paylaş





Xəbər lenti