Ermənistan vətəndaşı Azərbaycan Prezidentinə müraciət etdi – Video


Ermənistan vətəndaşı Vahe Qambaryan ona Azərbaycan Respublikasının vətəndaşlığı verilməsi xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. 
Yeniavaz.com
xəbər verir ki, Vahe Qambaryan videomüraciətində Xankəndi şəhərində yaşamaq niyyətində olduğunu bildirib.
“Mən Ermənistan vətəndaşıyam və bu vətəndaşlıqdan imtina etmək istəyirəm. Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı verəsiniz ki, mən Bakı şəhərinə gedib doğma insanlarla görüşə bilim. Gələcəkdə Xankəndi şəhərində yaşamaq istəyirəm. Mən Azərbaycan xalqını sevirəm, hörmət edirəm və qiymətləndirirəm”, - deyə o, videomüraciətində bildirib.
Tarix: 7-08-2022, 21:42
Xəbəri paylaş





Xəbər lenti