“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi



“Nar” mobil operatorlar arasında ilk üztanıma texnologiyasının tətbiq edildiyi eSIM xidmətini 
təqdim etdi.  Bu xidmət sayəsində həm mövcud, həm də yeni abunəçilər eSIM nömrəni heç yerə 
getmədən onlayn şəkildə əldə edə bilərlər.  eSIM nömrəsini əldə etmək üçün esim.nar.az 
səhifəsində lazım olan məlumatları daxil edib QR kod vasitəsilə xidməti aktivləşdirə bilərsiniz.


Qeyd edək ki, SIM kartlarla müqayisədə bu xidmətin bir çox üstünlükləri var. eSIM xidməti 
nömrənin zədələnməsi, itməsi və ya dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zəruriyyətini 
aradan qaldırır, eləcə də telefonda əlavə nömrənin istifadəsinə şərait yaradır.

eSIM haqqında daha ətraflı məlumatı esim.nar.az səhifəsindən əldə edə bilərsiniz.


“Nar” haqqında:
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. 
“Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil 
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün 
xidmət təqdim edir.
Tarix: 8-08-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti