Natiq Cəfərli: “Həmkarlar İttifaqları Konfederasiyasının işi tam formal xarakter daşıyır”


“Azərbaycanda Həmkarlar İttifaqları Konfederasiyasının işi tam formal xarakter daşıyır. Yəni normal həmkarlar təşkilatı fəlsəfəsi ilə çalışmır. Həmkarlar işçilərin hüquqlarını qorumaq üçün yaradılıb. Amma Azərbaycanda Həmkarlar Təşkilatı hökumətin bir qolu kimi fəaliyyət göstərir”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
 
“Əslində, sözün yaxşı mənasında, Həmkarlar İttifaqları Konfederasiyası hökumətin müxalifi olmalıdır. Hökumətlə danışıqlar aparmalı, işçilərin əmək halqlarının artırılmasına, onlar üçün daha yaxşı şərait yaradılmasına çalışmalıdır. Amma bizdə Həmkarlar İttifaqları Konfederasiyası dövlətin bir qurumuna çevrilib. Ona görə də fəaliyyətində ciddi nəzərə çarpacaq heç bir irəliləyiş və ya hansısa pozitiv dəyişikliklər yoxdur. Bu mənada, təbii ki, Azərbaycanda Həmkarlar İttifaqları Konfederasiyasının dövlət tərəfindən inhisara alınması doğru deyil. İmkan verilməlidir ki, işçi qrupları işçi sahələri üzrə öz həmkarlar təşkilatlarını yaratsınlar. İşçinin maaşdan 2%-i istədiyi həmkarlar komitəsinə keçirilməsinə imkanı və icazəsi olmalıdır. O zaman həmkarların fəaliyyətində ciddi uğur və irəliləyiş əldə etmək mümkün ola bilər”.
Tarix: 9-08-2022, 18:16
Xəbəri paylaş





Xəbər lenti