Qaziləri intihar həddinə çatdıran başçılar NƏYƏ ARXAYINDIR... - İNCƏ MƏQAM...


Məlum olduğu kimi, ötən gün Samux Rayon İcra Hakimiyyətinin qarşısında Qarabağ Qazisi Təbriz Abdullayev özünü yandılararaq intihara cəhd edib. DİA.AZ bildirir ki, Qarabağ Qazisi 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub.

Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır və vəziyyəti ağırdır. Qeyd edək ki, Təbriz Abdullayevin intihara cəhdinin ardından bəzi dairələr onun dövlət tərəfindən tam qayğı ilə əhatə olunduğunu sübutlayan faktları açıqlayıblar. Təbii ki, bu faktlar rellığı əks etdirir.

Amma burada unudulan dövlətin qayğısı ilə yanaşı dövləti təmsil edənlərin qazilərə münasibətidir. Və görünəni odur ki, intihar edən Qazilər məhz bu münasibətsizliyin qurbanlarıdır...

DİA.AZ-a bu barədə danışan Samuxdakı mənə bildirir ki, dəfələrlə icra başçısı Alı Qocayev tərəfindən qəbul olunan Təbriz Abdullayev son həftə ərzində başçı ilə görüşə bilməyib və problemlərini çatdırmağa ünvan da tapmayıb. Hətta icra başçısının müavinlərindən bri "başçı istirahətdədir" deyərək onu qpvub da...

Mənbə iddia edir ki, bununla bağlı icra başçısı Alı Qocayevin özü də təhlükəli bir tendensiyaya nədən olacaq reaksiyası ilə diqqətə gəlib. Alı Qocayev "Siraqəddinə neynədilər ki mənə də nəsə etsinlər" deyərək məsəyə ilkin reaksiyasını verib.

Xatırladaq ki, Alı Qocayev Siraqəddin dedikdə Sabirabadın icra başçısı Siraqəddin cabbarovu nəzərdə tutur. Siraqəddin Cabbarova etiraz olaraq artıq iki Qarabağ Qazisi canına qıyıb...

Görünəni odur ki, cəzasızlıq artıq bəzi məmurlarda arxayınçılığa və xüsusən də özbaşınalığa nədən olmaqdadır...
İddia olunanlarla bağlı Siam.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Tarix: 19-08-2022, 21:52
Xəbəri paylaş





Xəbər lenti