Rusiya desantları Ukraynada döyüşməkdən imtina edirlər - BKİ

Rusiya desantları Ukraynada döyüşməkdən imtina edirlər - BKİ

Rusiya desantları Ukraynaya qarşı döyüşməkdən imtina edirlər.

Bizimyol.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) məlumatına görə, desant zabitlərinin kütləvi şəkildə Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakdan imtinası ilə əlaqədar işğalçı ölkənin hava-desant qoşunlarının komandanlığında zabit rütbələri və döyüş əməliyyatlarında təcrübəsi olmayan müqaviləli əsgərlərin zabit vəzifələrinə təyin edilməsi barədə qərar qəbul edilib.
“Ukrayna müdafiəçiləri ilə toqquşmalar nəticəsində rus desantlarının verdiyi böyük itkilərdən sonra hava-desant qoşunlarının komandanlığı qismən də olsa, onların mənəvi-psixoloji vəziyyətini və döyüş qabiliyyətini bərpa etməyə çalışır. Əsas diqqət şəxsi heyətin 60 faizdən çoxunun məhv edildiyi bölmələrə və şəxsi heyətin ruhdan düşdüyü, xidmətini davam etdirməkdən imtina etdiyi bölmələrə yönəlib.
Qeyd olunur ki, işğalçıların ən böyük problemi Hava Desant Qüvvələrinin komanda heyətinin müharibədə iştirakdan kütləvi şəkildə imtina etməsidir.
Belə ki, hətta təcili olaraq zabit rütbələri verilən müqaviləli əsgərlər də sonradan Ukraynaya yola düşərək, tağım komandirindən batalyon komandirliyinə qədər vəzifələrə getməkdən imtina edirlər.
“İndi Hava Desant Qüvvələri komandanlığında işğalçı ölkənin baş qərargahından ibarət komissiya işləyir. Onun üzvlərinə hər bir imtinanı araşdırmaq, komandirləri onlara sosial müavinətlər və dövlət mükafatları vəd edərək öz bölmələrinə qayıtmağa razı salmaq tapşırılıb”, - deyə BKİ-nin məlumatında qeyd olunur.
Xatırladaq ki, Odessa Vilayət Hərbi İdarəsi bu ərəfədə Ukrayna Silahlı Qüvvələrinin rus paraşütçülərinin necə “düşürüldüyü” barədə məlumat vermişdi.
Tarix: 20-08-2022, 23:43
Xəbəri paylaş





Xəbər lenti