Tərtərdə şəhid Aslanlı Orxan Şahmar oğlunun xatirəsinə inşa edilən bulağın açılış olub


Tərtər rayonunun Səhlabad kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə 
ucalan Aslanlı Orxan Şahmar oğlunun xatirəsinə inşa edilən bulağın açılış olub.

Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim 
Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidin 
ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd 
sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin 
xatirəsini yad ediblər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua 
oxuyub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 
şəhid Azər Qasımovun qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Bildirib ki, 
şərəfli döyüş yolu keçən, oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid 
olan Aslanlı Orxan və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban 
vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. 
Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə edib, 30 il işğal 
altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu 
birliyi bizə Qələbə sevincini yaşadıb. Bu Qələbənin qazanılmasında itkilərimiz də olub. 
Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, şəhid analarının 
hər birinin qarşısında baş əyirik.
Sonra məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin anası Bəsti Ağayeva, dayısı İlqar Rüstəmov, kənd sakinləri Qabil Məmmədov, Akif 
Salayev çıxış edərək Orxan Aslanlının qısa, şərəfli həyat yolundan, onun Vətən 
müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və 
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş 
əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı 
vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin müvafiq Sərəncamına əsasən Orxan Aslanlı ölümündən sonra "Vətən uğrunda" 
medalı ilə təltif edilib.

Tarix: 25-08-2022, 17:25
Xəbəri paylaş





Xəbər lenti