“İnsanlara yalandan ümid verməyək, sərhədi açmayacaqlar” - Fazil Mustafa




Bildiyiniz kimi, Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb.
Yenisabah.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Avtandil Abbasov deyib ki, sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanıb. Səbəb kimi pandemiya göstərilib. Qərar 1 sentyabradək qüvvədə olacağı bildirilib. Qeyd edək ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqədilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan ərazisinə yerüstü nəqliyyatı yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb. Lakin buna baxmayaraq Naxçıvan Muxtar Respublikasından qonşu dövlətlərə (İran və Türkiyə) quru sərhədləri ilə səyahət etmək mümkün idi.
Maraqlıdır ki, sentyabrın 1-dən quru sərhədi yenidən açılacaqmı?
Cebhe.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, ümidlənməyə dəyməz:
"İnsanlara yalandan ümid verməyək. Sərhədi açmayacaqlar. Çünki dəfələrlə bu məsələni qaldırdıq, amma etmədilər. Ona görə də növbəti ay edəcəklərini də gözləmirik".
Tarix: 26-08-2022, 22:32
Xəbəri paylaş





Xəbər lenti