Məhv edilmişlər, yaralılar və fərarilər... - Britaniya Rusiyanın Ukraynadakı itkiləri barədə




Ukraynaya tammiqyaslı təcavüz vaxtı Rusiyanın itkiləri 80 mindən artıq olub.
Ukraynadakı itkilərin ümumi sayına məhv edilmişlər, yaralılar və fərarilər daxildir. Bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib («The Guardian»).
«Biz, Rusiyanın itkiləri barədə məlumatda silahlı qüvvələrdə əsasən altı ayda həlak olmuşların, yaralanmışların və fərarilərin sayını birləşdirməklə əldə olunan rəqəmi - 80 mindən artıq adamı nəzərə alırıq. Amma müqayisə üçün bildiririk ki, Əfqanıstanda ruslar 10 ildə 15 min hərbçi itiriblər» - nazir qeyd edib.
Məmur əlavə edib ki, Britaniya kəşfiyyatının məlumatına görə, rusların irəliləməsini Ukrayna dövlətində həftə ərzində metrlə ölçmək olar. «Mən, öz kəşfiyyat rəislərimlə bu gün səhər danışmışam - çıxış etməzdən əvvəl, siz bilirsinizmi, Rusiyanın irəliləməsini həftə ərzində millərlə yox, metrlərlə ölçmək olar…» - nazir əlavə edib.
AzPolitika.info
Tarix: 27-08-2022, 08:34
Xəbəri paylaş





Xəbər lenti