Müsavat Partiyasının başqan müavini: “Azərbaycan Ordusu Laçındadır, bu, Ali Baş Komandan İlham Əliyevin uğurudur”


“Artıq Laçın bizdə. Ordumuz Laçında! Bayrağımız Laçında! Xalqımızı, siyasilərimizi bu münasibətlə təbrik edirəm. Əsgər və zabitlərimizi təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhunuz şad olsun deyirəm”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqan müavini Osman Kazımov bildirib.
 
“Bu, həm də Ali Baş Komandan kimi İlham Əliyevin uğurudur” – O.Kazımov qeyd edib.
Tarix: 27-08-2022, 23:19
Xəbəri paylaş





Xəbər lenti