MEDİA-ya ÇAĞIRIŞ: Lütfən, bundan sonra SUSUN! - İkili standart da yox... satandartsızlığa ETİRAZ!


"Dünəndən bir kampaniya başladıldı. Əvəz Zeynallıya hücum etdilər. Eynullanın dili ilə. Niyə, nə üçün bilmirik, amma bildiyimiz odur ki, bu işdə ayrı vaxtı MEDİA-ya nəzarət edən qurum kimi görünən və yaxud da görünməyə çalışan, daha da və yaxud bunu hətta qanuniləşdirən, konkret olaraq Medianın inkişafı Agentliyi (MEDİA) görünmədi və yaxud də GİZLƏNDİ..." Bu barədə DİA.AZ-a açıqlamasında jurnalist Azər Fikrətoğlu bildirib.

A.Fikrətoğlu daha sonra davam edir: "MEDİA ayrı vaxta gözdə tük axtarır... indi bu boyda tiri görməzdən gəlir... Belə şeylər olmur, olursa da, AYIB sayılır... Dünənə qədər özünüzü peyğəmbər kimi göstərirdiniz. Sizinlə olmayan hansısa saytın mənbə baxımından "ehtiyatlı" xəbərinin üstünə qışqırırdınız ki, bəs təsdiqlənməmiş məlumat yayırsınız...

İndi ölkənin tanınmış jurnalistlərindən olan Əvəz Zeynallıya ŞƏR ATDILAR... və bu şəri MEDİA-nın dəstəklədiyio, pul ayırdığı saytların hamısı tirajladı...
 Siam.az
Tarix: 8-09-2022, 16:54
Xəbəri paylaş





Xəbər lenti