Deputat: “Qarabağda Heydərabad şəhərinin salınması təklifi kim tərəfindən irəli sürülübsə, həmin şəxsləri alqışlayıram"


“Qarabağda Heydərabad şəhərinin salınması təklifi kim tərəfindən irəli sürülübsə, həmin şəxsləri alqışlayıram, təşəkkür edirəm. Həqiqətən də, Ulu öndər Heydər Əliyevin çağdaş dövlətimizin qurulmasında, Azərbaycan xalqı qarşısında o qədər misilsiz xidmətləri var ki, onun xidmətləri nə qədər əbədiləşsə, yenə də azdır. Hər kəsin 30 illik həsrətinin vüsalı olan Qarabağda, Araz çayı boyunca Füzuli Beynəlxalq Hava Limanı ətrafında Ulu Öndərin adını daşıyacaq şəhərin salınması Azərbaycan xalqının ürəyindəndir. Bu, Heydər Əliyevin xidmətlərinin qarşısında, sözsüz ki, çox cüzidir”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
 
Deputat vurğulayıb ki, ulu öndər Heydər Əliyevin  xidmətləri misilsizdir: “Qarabağ torpaqlarının işğaldan azad olunması ilə bağlı səsləndirdiyi fikirləri videogörüntülərdə dinlədikcə ulu öndərin özünün də dediyi kimi, bütün varlığını, həyatını xalqına, dövlətinə həsr etdiyinin bir daha şahidi oluruq. Onun xəyalları, arzuları hamısı Azərbaycanla, Azərbaycan xalqı ilə bağlı olub. Heydər Əliyev deyəndə Azərbaycanı, Azərbaycan deyəndə Heydər Əliyevi düşünürük. Ona görə də təklifi alqışlayıram, dəstəkləyirəm. Çox gözəl təklifdir. Allah eləsin reallaşsın”.
Tarix: 9-09-2022, 17:40
Xəbəri paylaş





Xəbər lenti