Bakı 100 meyit verir, bəs, özlərində nə qədərdir? - AKTUAL

Bakı 100 meyit verir, bəs, özlərində nə qədərdir?
Bakı 100-ə qədər erməni hərbçisinin cəsədini birtərəfli qaydada təhvil verməyə hazır olduğunu bəyan edib.

Bu açıqlamadan çıxan nəticələr:

- Cəsədlər Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilərdə qalıb;

- Hücum edən tərəfin Ermənistan olduğunu təsdiq edir: cəsədlərin bir qismi hücum zamanı məhv edilənlərdir;

- Ordumuz əks-hücumla yeni mövqelər əldə edib: cəsədlərin bir qismi cavab hücumu zamanı məhv edilənlərdir;

- Bu, Ermənistan tərəfinin itkilərinin miqyasını göstərir: 100 cəsəd təhvil verilirsə, ən azı o qədəri hələ də qalır; hərbi infrastruktura endirilən zərbələr nəticəsində məhv edilənləri də nəzərə alsaq, rəqəm yüzlərlə ölçülə bilər.

Asif Nərimanlı
Tarix: 14-09-2022, 16:59
Xəbəri paylaş





Xəbər lenti