"Acıq çıxmağın zamanı deyil!" - Eldar SABİROĞLU


Müharibə şəraitində dövlətin və dövlət başçısının fəaliyyətini zəiflətmək məqsədi ilə  irəli sürülən rəyləri siyasi gündəmə daşımaq heç də müsbət hal hesab edilə bilməz. Bəzi vətəndaşlarımızın əsası olmayan məlumatları sosial  mediya üzərindən, özü də fərqinə varmadan səsləndirmələrinin xeyirdən daha çox ziyan gətirdiyini sübut etməyə ehtiyac yoxdur. Erməni faşizminin yalan və böhtanlarını puça çıxarmaq üçün əlimizdə kifayət qədər arqument olduğu halda özümüzü hədəf götürmək və günahlandırmaq xəstəliyindən kənarlaşa bilmirik. İndi bütün informasiya resurslarının fəaliyyəti düşmənin ifşasına yönəldilməlidir. Xalqın orduya, Ali Baş Komandana olan etimadını qırmaq olmaz.   Faşistlərlə işimizi qurtaraq bir-birimizi tənqid etməyə vaxtımız çox olacaq. Acıq çıxmağın zamanı deyil. Ona qalsa mənim də deyəcəklərim var...
                 
Eldar SABİROĞLU,
sabiq millət vəkili, Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki
Tarix: 14-09-2022, 21:49
Xəbəri paylaş





Xəbər lenti