“Ölkəmizdə mütləq erməni dili tədris olunmalıdır” — Deputatdan TƏKLİF


“Bizim universitetlərdə konkret ixtisaslar üzrə mütləq şəkildə erməni dili tədris olunmalı və erməni dili mərkəzləri fəaliyyət göstərməlidir”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat onu da əlavə edib ki, erməni dilinin bütün orta məktəblərdə keçirilməsinə ehtiyac yoxdur:

“Ümumiyyətlə, ayrıca bir Ermənistanı araşdıran, Ermənistanla bağlı tədqiqat aparan beyin mərkəzlərinə ehtiyacımız var. Bizim hamımızın erməni dilini orta məktəbdə öyrənməsi qeyri-mümkünüdür. Bu, o dərəcədə də əhəmiyyət daşımır. Bizim erməni dilini yüksək səviyyədə bilən mütəxəssislərimiz olmalıdır ki, onlar informasiya müharibəsində bizim maraqları müdafiə edə bilsinlər və cavablandıra bilsinlər. O baxımdan dediyim kimi, konkret ixtisasın olması, mütəxəssislərin yetişdirilməsi çox önəmli və vacibdir ki, biz  informasiya müharibəsində qələbəmizi təmin edə bilək. Bəli, ermənilər türk və azərbaycan dillərini davamlı öyrənirlər. Bizim də öyrənməyimizə çox böyük və ciddi ehtiyac var”.
Tarix: 16-09-2022, 17:33
Xəbəri paylaş





Xəbər lenti