Hərbi əməliyyatların aktiv fazası dayanıb - Çox böyük hadisələrin astanasındayıq

Hərbi əməliyyatların aktiv fazası dayanıb - Çox böyük hadisələrin astanasındayıq
"Ermənistan-Azərbaycan sərhədində baş verən eskalasiya regionun təhlükəsizliyinə təhdid yarada bilər".
 
Moderator.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
 
Gürcü siyasi analitik bildirib ki, Ermənistanla Azərbaycan arasında hərbi insident Brüssel görüşünün nəticələrini də riskə atır:
 
"Müharibənin nəticəsi barədə danışmaq hələ tezdir, bu, silahlı insidentdən daha çox siyasi partlayışa bənzəyir. Beləcə, sülh müqaviləsi haqqında razılığa gəlmək ehtimalı minimuma enir.
 
Hərbi gərginlik Brüssel görüşünün nəticələrini də riskə atır. Əslində Brüssel görüşünün nəticələri sıfırdır. Müharibə Ermənistan cəmiyyətinə xüsusilə daha çox ağır psixoloji travma almağa səbəb olur. 
 
İndi hələlik hərbi əməliyyatların aktiv fazası dayanıb. Çox uzun müddətə belə qalacağına ümid edirəm. Nəsə belə hiss edirəm ki, bölgə və bütün keçmiş postsovet respublikaları çox böyük hadisələrin astanasındadır". 

Tarix: 17-09-2022, 14:06
Xəbəri paylaş





Xəbər lenti