Əvəz Zeynallının xanımından vəkil Elçin Sadıqovla bağlı şok iddia: “Dünən türmədən mənə rüşvət təklif etdi...” (VİDEO)


 
Bu gün “Xural TV”nin həbsdə olan baş redaktoru Əvəz Zeynallının xanımı Məlahət Zeynallı Qisuri “TV Musavat”ın canlı yayımlanan “Şənbə Xəbər” verilişinə qatılaraq aparıcı Sevinc Telmanqızının suallarını cavablandırıb. O, vəkil Elçin Sadıqovun azadlığa buraxılması və bunun arxasındakı ssenari barədə danışıb.
Məlahət Zeynallı eyni zamanda iddia edib ki, Elçin Sadıqov dünən ona xəbər çatdıraraq, 2 gün ərzində danışmamasını istəyib:
“O, mənə içəridən rüşvət təklif edib. Məlahət danışmasın, mən Əvəzin işini Avropa Məhkəməsinə çıxaracam. Bir də Əvəz bəyin maşını kreditdədir, onun kreditini ödəyəcəm. Xəbəri dünən yollayıb. O qədər əsəbiləşdim və o bəyanatı verdim. Bu, mənim üçün son damla idi”.
Musavat.com xatırladır ki, Elçin Sadıqov “TV Müsavat”a açıqlamasında bu iddiaların gülünc olduğunu və ona qarşı qaralama kampaniyası aparıldığını bildirib.
Sözügedən açıqlama ilə aşağıdakı videolink vasitəsilə tanış ola bilərsiniz.

Tarix: 17-09-2022, 18:39
Xəbəri paylaş





Xəbər lenti