Yerevanda olan Nensi Pelosi son sərhəd toqquşmasına görə Azərbaycanı ittiham edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir
Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistan Milli Assambleyasının spikeri Allen Simonyanla görüşdən sonra Azərbaycanla bağlı danışıb.
“Azatutyun” un verdiyi xəbərə görə, Nensi Polensi son sərhəd toqquşmasında Azərbaycanı ittiham edib:
“Ermənistan bizim üçün vacibdir və Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını, Ermənistan ərazisinə hücumlarını qətiyyətlə pisləyirik”-
Nensi Pelosi deyib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi aydın və çoxdan bəyan edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil:
“Biz münaqişənin sülh yolu ilə və uzunmüddətli həllinə çalışmaq istəyirik. Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilir”.
ABŞ Konqresinin ermənilərlə bağlı komitəsinin həmsədri Ceki Spier Nümayəndələr Palatasının Azərbaycana qarşı olan qətnamə ilə irəlləyəcəklərini deyib.
“Ümid edirəm ki, bu qətnamə ilə irəliləyəcəyik. Ermənistana olan öhdəliyimizə gəlincə, biz Ermənistanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik və Ermənistanın sərhədlərində istənilən dəyişikliyə qarşı çıxacağıq”, – ABŞ Konqresinin ermənilərlə iş üzrə komitəsinin həmsədri Ceki Spier bildirib.
“Azatutyun” un ABŞ-ın Ermənistana hansı dəstəyi verməyə hazır olması, xüsusən də hərbi dəstəyin müzakirə oluna biləcəyi ilə bağlı sualına cavab olaraq Nensi Pelosi təfərrüatlara varmayıb və belə deyib:
“Bizim səfərimizin əhəmiyyəti və dəyəri ondan ibarətdir ki, biz dinləmək, nə etmək olar, bizdən nə gözləmək olar, anlamaq üçün buradayıq. Bugünkü görüşümüzdə iqtisadi və təhlükəsizlik məsələlərindən danışdıq. Biz dinləmək, gözləntilərin və istəklərin nə olduğunu anlamaq üçün buradayıq”.
Jurnalistlərdən birinin -demokratiya və insan haqlarını vacib hesab edən Vaşinqtonun Ermənistanda və Dağlıq Qarabağda mülki əhalinin hərbi cinayətlər yolu ilə qətlə yetirilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə qarşı niyə sanksiyalar tətbiq etməməsi və Azərbaycana qarşı sanksiyaların mümkün olub-olmaması sualına -ABŞ Nümayəndələr Palatasının spikeri belə cavab verib:
“Bu son hadisələr son dövrə təsadüf edir və Dağlıq Qarabağ xalqına münasibət, tarixi abidələrə münasibət çoxdan bizim diqqətimizdə olub. Ölkəmizin prezidenti erməni soyqırımı ilə bağlı qətnamənin qəbulunu dəstəkləyib və Ermənistanı demokratiya sammitində iştirak etməyə dəvət edib. Və biz bu məsələlər üzərində işləmək üçün uzunmüddətli işimizi davam etdirəcəyik”-Nensi bildirib.
Bu, spiker Pelosinin Ermənistana ilk səfəridir. Nensi Pelosi İrəvana gəldikdən qısa müddət sonra sosial şəbəkədə paylaşım edib.
“1787-ci ildə qurucularımız demokratiyanı avtokratiyadan üstün tutdular. Nəsildən-nəslə onların seçimini qoruyub saxlamışıq. Bu gün ABŞ-dan tutmuş Ukraynaya, Tayvana, Ermənistana qədər dünya demokratiya və avtokratiya arasında seçim qarşısındadır və biz yenə də demokratiyanı seçməliyik”-Nensi Pelosi yazıb.
Hələki Azərbaycanın Nenci Pelosin bu fikirlərinə münasibət bildirməyib.
Sentyabrın 13-14-də Azərbaycan-Erməniatan sərhədində baş vermiş intensiv döyüş əməliyyatları nəticəsində Ermənistan tərəfinin təsdiq etdiyi məlumata görə, 135, Azərbaycan tərəfdən isə 79 hərbçi həlak olub.
Azərbaycan və Ermənistan hadisələrin baş verməsində qarşılıqlı olaraq bir-birini günahlandırır.
Azadlıq radiosu
Tarix: 18-09-2022, 23:13
Xəbəri paylaş





Xəbər lenti