Dövlətin yanında necə olurlar?!



Dövlət nədir ümumiyyətlə? Azərbaycanda dövlət deyəndə nə başa düşülür?!

Qulu Məmmədli
Dövlət- təşkilatlanmış bir millət və ya millətlər ittifaqının yaratdığı siyasi varlıq. Dövlət müəyyən idarəetmə üsuluna, QANUNVERİCİLİYƏ…
Qanun- hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir.
İndi siz deyin bu ölkədə dövlət var, yoxsa yox?!
Siz dövlət deyəndə “mən nəyi nə vaxt, necə edəcəyəm özüm bilirəm” deyən adam düşünürsünüzsə və ona qarşı olan hər kəsi xain kimi qəbul edirsinizsə, sizin acığnıza getsə də, getməsə də, sizin mənəviyyatınızla bağlı müalicəyə ehtiyacınız var.
İlham Əliyev dövlət deyil! O, siyasi hakimiyyəti atasından almış, 4 dəfə seçkini saxtalaşdırmaqla, zor gücünə siyasi hakimiyyəti mənimsəmiş, bu xalqın sərvətlərini, hakimiyyətini, qanunlarını özü istədiyi kimi yazmış, israf etməkdə olan adamdır. Bu propaqanda da onun düşüncəsinin məhsuludur. Sizi qaza gətirib, bir güllə ilə iki dovşan vurmaq ovçuluğundadır. Yoxdur bu ölkədə dövlət. Tərtər hadisələrini açmayan, insanları polislə qorxudan, şəhid qardaşından üzr istədən, xalqın bütün haqqlarına əl qoyan, onu kölə kimi idarə edən adamların yaratdığı, başında dayandığı siyasi sistem krallıqdır, ən yaxşı halda kleptokratiyadır. Ən doğru yanaşmada isə ailə hakimiyyəti, bütöv xalqın qorxu gücü ilə idarə edildiyi polis dövlətidir.
Dövləti xalqın birliyi yaradır. Dövlət deyəndə xalqın hər bir fərdinin bu təsisatda iştirakı nəzərdə tutulur. Dövlət başçısı olan adam ona müxalif olan adamaları da dinləməyə, onlara qucaq açmağa qabil adam olmalıdır, nəyinki, onları xain, ünsür kimi cəmiyyətin gözündən salmağa çalışmalı olan adam. Ona görə də dövlətin başında dayanan adamı Əfruz, Məzi yox, xalq seçməlidir.
Bu dövləti, bu bayrağı yaradan adamları indi az qala xalq düşməni kimi təqdim edirlər bu xalqa. Üç rəngli bayrağın qarşısında diz çökən adamlar Rəsulzadəyə bir heykəl ucaltmağı, fotosunu haradasa yayımlamağı, adını çəkməyi belə bu xalqa çox görürlər. Halbuki, bu dövləti məhz o kişilər yaratmışdılar. Gözünüzü açın, beyninizə bir az əziyyət verib, dərindən düşünməyə çalışın, sizi niyə belə qoyun yerinə qoyub, manipulyasiya etməyə çalışırlar?! Siz heç özünüz də bilmirsiniz nəyin yanındasınız. Siz Rusiyanın, Putinin yanındasınız, yanında da yox, birbaşa qucağında.
Heç olmasa, siz bizə dövlətin yanında olmağı, onu necə qorumaq lazım olduğunu öyrətməyə çalışmayın.
Şəxsiyyətlər, karallar gəldi-gedərdir, milli maraqlar, siyasi dəyərlər, mütərəqqi qanunlar isə hər kəsdən uca və vacibdir!
Tarix: 19-09-2022, 21:15
Xəbəri paylaş





Xəbər lenti