Mərkəzi İcra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin
yerlərdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq 22 sentyabr 2022-ci il tarixdə Tərtər
rayonunda vətəndaşları qəbul edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin rəisi Arzu Rəhimov qəbuldan sonra rayon icra hakimiyyəti başçısı Müstəqim
Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq mühafizə orqanlarının və digər
qrumların rəhbərləri ilə birlikdə rayonun Evoğlu kəndindən olan şəhid Məftun
Əhmədzadənin yeddi mərasimində iştirak edib, şəhidin ailəsinə başsağlığı veriblər.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər
salınıb, xatirələri ehtiramla anılıb.
Qeyd edək ki, Tərtər rayonunun Evoğlu kənd sakini 1996-cı il təvəllüdlü, Azərbaycan
Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər
Əhmədzadə Məftun Seymur oğlu Ermənistan tərəfindən 12-13 sentyabr 2022-ci il
tarixində sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid
olub.
Şəhidin ailəsi onlara göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezident
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
SİAM.AZ
Tarix: 22-09-2022, 21:50