Ruslar ölmək istəmirsə, azərbaycanlılar, özbəklər, tatarlar və buryatlar niyə Putinin şəxsi müharibəsində ölməlidirlər?


Adını “qismən” qoyublar, əsl səfərbərlikdir, kimi harda tuturlarsa müharibəyə hazırlığa göndərirlər.
Ona görə Rusiya vətəndaşları başlarını götürüb qaçırlar, Gürcüstandan başlamış Qazaxıstan və Monqolustan sərhədinə qədər maşın karvanları tıxac yaradıb. Kreml müharibənin ön xəttinə - ölümün pəncəsinə daha çox Rusiyada yaşayan kiçik xalqların nümayəndələrini göndərir. İndi də səfərbərliyə müxtəlif millətlərin nümayəndələrini cəlb edəcəklər.
Rusiyada yaşayan soydaşlarımız və onların hərbi mükələfiyyət yaşında olan övladları özlərini qorumalıdırlar. Bu Rusiyanın müharibəsi deyil, Putinin şəxsi müharibəsidir. Əgər bu müharibədə rusiyalı gənclər ölmək istəmirlərsə, imkanı olan başını götürüb qaçırsa azərbaycanlılar, özbəklər, tatarlar və buryatlar niyə Putinin şəxsi müharibəsində ölməlidirlər?
Elxan Şahinoğlu
Tarix: 26-09-2022, 09:50
Xəbəri paylaş





Xəbər lenti