Xaçmazda bıçaqlanma hadisəsi

Xaçmazda bıçaqlanma hadisəsi Hadisənin namus üstə baş verdiyi iddia olunur



Avqustun 27-də axşam saatlarında Xaçmaz şəhərindəki dəyirmanın arxasında bıçaqlanma baş verib. Hadisədən məlumatlı mənbənin “Şimal xəbərləri”nə verdiyi informasiyaya görə, Xaçmaz şəhəri Rəsul Rza küçəsində yaşayan Şəhraz Ağayev yaxın dostu, M.Ə. Sabir adına küçənin sakini Azad Abdurəhmanovu ailə münaqişəsi zəminində məsələni aydınlaşdırmaq üçün adıçəkilən əraziyə çağırıb. Aralarındakı mübahisədən sonra Azadın Şəhraza bıçaqla ciddi xəsarətlər yetirdiyi bildirilir. Azadın da yaralandığı barədə informasiya var. Mənbənin açıqlamasına əsasən, hadisə yerinə gələn Şəhrazın Köhnə Xaçmaz kəndində yaşayan Mehman adlı dostu da bıçaq yarası alıb. Xəsarət alanlar Xaçmaz MRX-nın travmotologiya şöbəsinə gediblər. Çoxlu qan itirən Şəhrazın bu gün Bakı şəhərinə göndərildiyi və paytaxtdakı klinikaların birində əməliyyat olunduğu bildirilir. Hadisə ilə bağlı avqustun 28-də Şəhrazın yaxınları tərəfindən Xaçmaz RPŞ-yə məlumat verildiyi söylənilir. Poliş şöbəsində araşdırmalar aparılır.



“Şimal xəbərləri” qəzeti olaraq hadisənin təfərrüatlarını aydınlaşdırmağa çalışırıq. Ortaya belə bir sual çıxır: Nəyə görə Xaçmaz MRX-nın travmotologiya şöbəsinin yaralılara tibbi yardım göstərən həkimi bu barədə polisi məlumatlandırmayıb?



Hadisənin nə üçün baş verməsi haqqıda ilkin məlumatımız olsa da, obyektiv səbəblərdən yazmırıq. Münaqişə tərəflərinin, polis şöbəsi və xəstəxana rəsmilərinin mövqeyini olduğu kimi dərc etməyə hazırıq.



Mövzuya qayıdacağıq.

Siam.az
Tarix: 29-08-2017, 14:18
Xəbəri paylaş





Xəbər lenti