Borcdan işığı kəsilən Astara sakinini elektrik cərəyanı vurub öldürdü

Borcdan işığı kəsilən Astara sakinini elektrik cərəyanı vurub öldürdü Astara rayonunda iki uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb. “ARB TV”dən virtualaz.org-a verilən məlumata görə, hadisə rayonun Ərçivan kəndində qeydə alınıb.

Yaranan borcla əlaqədar Elektrik Şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektrikin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada onu yüksək gərginlikli elektrik cərəyanı vurub.
Borcdan işığı kəsilən Astara sakinini elektrik cərəyanı vurub öldürdü
Borcdan işığı kəsilən Astara sakinini elektrik cərəyanı vurub öldürdü

Ağır xəsarət alan Anar Mürşüdov dərhal yaxınlarının köməkliyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.
Tarix: 30-08-2017, 22:13
Xəbəri paylaş





Xəbər lenti