Şirvanda 56 yaşlı kişi bıçaqlandı

Şirvanda 56 yaşlı kişi bıçaqlandı Siam.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1961-cı il təvəllüdlü Zeynalov Nizami Yusif oğlu çoxsaylı bıçaq yaraları ilə Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

N.Zeynalovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Siam.az
Tarix: 31-08-2017, 09:14
Xəbəri paylaş





Xəbər lenti