Cəlilabadda toyda kütləvi dava zamanı məktəb direktoru döyülüb

Cəlilabadda toyda kütləvi dava zamanı məktəb direktoru döyülüb Cəlilabadda toyda kütləvi dava baş verib.



"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərdə yerləşən şadlıq evlərindən birində qeydə alınıb. Dava zamanı rayonun Uzuntəpə kənd sakini Ramiz Yusubov xəsarətlər alaraq rayon xəstəxanasına yerləşdirilib.



R.Yusubov Cəlilabad rayon 4 saylı Uzuntəpə kənd orta məktəbinin direktorudur.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 1-09-2017, 08:36
Xəbəri paylaş





Xəbər lenti