Qasırğa daha bir ölkəni viran qoydu: 4 ölü

Qasırğa daha bir ölkəni viran qoydu: 4 ölü Meksikanın Baya Kaliforniya (Aşağı Kaliforniya) ştatında güclü qasırğa səbəbindən dağıntı və tələfat baş verib.

Axar.az xəbər verir ki, Lidya adlanan tropik qasırğa nəticəsində 4 nəfər ölüb.


Şəxslərdən 2-si elektrik vurması, digər 2-si isə əmələ gələn sel sularında boğulması nəticəsində həyatını itirib.

Evlərin və qəsəbələrin tamamilə su altında qaldığı bildirilib.

Ölü sayının artacağı istisna edilmir.

Bundan əlavə, 20 minə yaxın turist də çıxılmaz vəziyyətdə qalaraq vətənlərinə qayıda bilmir.

Siam.az
Tarix: 3-09-2017, 09:49
Xəbəri paylaş





Xəbər lenti