“Köhnə Bakı” kafesində dava: Ofisiant öldürüldü



Bakının Binəqədi rayonunda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Mirzağa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Binəqədi rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, cinayət işi araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 1-nə təyin edilib.

İttihama görə, Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Qədirlini bıçaqlayaraq qətlə yetirib.

Cinayəti törədən Mirzağa Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, Mirzağa Məmmədov ilə Çingiz Qədirli tanış olublar. Həmin hadisə baş verən vaxt Çingiz Qədirli Mirzağa Məmmədov ilə zarafat edib. Onun şit zarafatlarına dözməyən Mirzağa Məmmədov bıçağa əl atıb.

Sonda qanlı cinayət hadisəsi baş verib.

İstintaq orqanı tərəfindən Mirzağa Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Tarix: 27-07-2018, 14:45
Xəbəri paylaş





Xəbər lenti