Kriminal avtoriteti "Cambul" barında güllələdilər


 

“Zapsibovski" kriminal qruplaşmasının lideri, 39 yaşlı avtoritet Aleksandr Jestokov dünən gecə saatlarında “Cambul” barında güllələnib.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, həbsxanadan yenicə çıxan kriminal avtoritet qətl baş verən gecə dostları ilə birgə azadlığa buraxılmasını qeyd edib. Bu vaxt bara qara geyimli, eynəkli şəxs daxil olaraq süfrə arxasında əyləşən A.Jestokova yaxınlaşıb və kürəyindən bir neçə dəfə atəş açıb. Kriminal avtoritet aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

A.Jestokovun silahdaşları əvvəlcə nə baş verdiyini anlamayıblar, gördükləri mənzərədən donub qalıblar. Amma sonra çoxusu qaçaraq gizlənməyə çalışıb. Heç kim qatili tutmağa cəhd etməyib.

“Zapsibovski"nin lideri 2017-ci ilin mayında cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildən təcridxanada cəza çəkən A.Jestokov bu ilin iyulunda azadlığa çıxıb. O, cinayətkar birliyin təşkilində, ona rəhbərlik etməkdə, dələduzluqda və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. Yeri gəlmişkən, məhkəmə A.Jestokovun yalnız hədə qorxu ilə pul tələb etmədə iştirakını sübut edə bilib.

Sözügedən cinayətlər 2007-ci ildə baş verib. Avtoritetin qurbanları adətən inşaat sektorunun, o cümlədən qara və əlvan metalların satışı ilə məşğul olan sahibkar olub. “Zapsibovski"  bandasının nüfuzlu  "qardaş"ı “işlərini sakit görmələri” üçün onlardan ən azı iki milyon tələb edib. Əks halda cəzalandırılacaqları ilə hədələyib. Məhkəmənin son anına kimi A.Jestokov ona elan olunan ittihamları rədd edib, özünü günahkar bilməyib. Lakin son sözlə çıxış edərkən iki faktı etiraf edib.  

Banda üzvləri Novokuznetsk ərazisində və Kuzbasda  fəaliyyət göstəriblər. İstintaqın məlumatına görə, kriminal qruplaşma üç bölmədən ibarət olub. Birinci qrup daşınmaz əmlakla bağlı dələduzluqlarla məşğul olub, ikincisi narkobiznes sahəsinə nəzarət edib, üçüncü qrup isə iş adamlarını, biznesmenləri qorxudaraq onlardan pul tələb edib, razılaşmayanlar öldürülüb.

A.Jestokovun qətli ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Hadisə yerindən gilizlər götürülüb. Silah isə tapılmayıb.

Tarix: 27-07-2018, 17:12
Xəbəri paylaş





Xəbər lenti