Abşeronda dəhşətli qətl – Təfərrüat

 Abşeron rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində 1976-cı il təvəllüdlü Müşfiq Abbasov bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Müşfiq Abbasov xəstəxanada ölüb.
Məlum olub ki, Müşfiq Abbasov hadisədən əvvəl qaynı tərəfindən şəxsi münasibətlər zəminində mübahisə edib.
Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.
Cinayəti törədən şəxs saxlanılıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Tarix: 29-07-2018, 09:58
Xəbəri paylaş





Xəbər lenti