Bərdə bazarında yerli sakin bıçaqlanıb

 Bərdə rayonunda yerli sakin bıçaqlanıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən "Təzə Bazar"da baş verib.

Belə ki, rayonun Həsənqaya kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Məmmədov mübahisə zəminində həmyerlisi, 1987-ci il təvəllüdlü Rüfət Həsənova bir neçə bıçaq zərbəsi endirib. Boğazından və bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tarix: 1-08-2018, 12:29
Xəbəri paylaş





Xəbər lenti