Bərdədə çoban çobanı ölümcül yaraladı

 Bərdə rayonunda çobanlar arasında dava düşüb.
Trend-in məlumatına görə, hadisə Türkmən kəndi ərazisində yerləşən fermada baş verib.
Bərdə şəhər sakini, 1996-cı il təvəllüdlü Əzizov Fərid Rauf oğlu naxırçı işlədiyi südçülük fermasında həmin fermada naxırçı işləyən, Bərdə rayonunun Lək kənd sakini, 1982-ci il təvəllüdlü Bayramov Seymur Marif oğlu ilə şəxsi münasibətlər zəminində dava edib.
Dava zamanı F.Əzizov mətbəx bıçağı il S.Bayramovun bel nahiyəsinə ağır xəsarətlər yetirib.
Tarix: 6-08-2018, 10:01
Xəbəri paylaş





Xəbər lenti