Hərəkətsiz avtomobil 110 sürətlik radara “düşdü” — FOTOFAKT

 

Avtomobilin sürücüsünə 150 AZN-lik cərimə protokolu gəlib

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən növbəti dəfə sürücüyə səhv protokol göndərilib.
Bakı-Astara şosesində yolun sağ kənarında dayanmış və arxa baqajı açıq vəziyyətdə olan “Mercedes-Benz 190” markali avtomobilin sürücüsünə 150 AZN-lik cərimə protokolu gəlib.Protokolda əks olunan görüntülərdən də aydın olur ki, “Mercedes-Benz 190” avtomobili hərəkətdə olmayıb.
Ehtimal olunur ki, sürət radarı 60 sürətlik yolda 110 sürətlə hərəkət edən BMW markalı yol polisi avtomobili əvəzinə, həmin vaxtı yolun kənarında dayanan “Mercedes-Benz 190” markalı avtomobilinin nömrəsini çəkib.
Nəticədə isə bu cür xoşagəlməz vəziyyət yaranıb.
 
“Ölkə.Az”
Tarix: 6-08-2018, 19:16
Xəbəri paylaş





Xəbər lenti