Ərinin təhqirlərinə dözə bilməyən qadın bıçağa əl atdı — TƏFƏRRÜAT

 Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 45-də qanlı olay baş verib.
“Ölkə.Az”ın məlumatına görə, 1987-cü il təvəllüdlü Abbasova Turanə Əlövsət qızı həyat yoldaşı, 1984-cü il təvəllüdlü Yalçın Vəliyevi bıçaqlayıb. Yaralı təcili olaraq 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Cərrahiyə əməliyyatı zamanı məlum olub ki, bıçaq zərbələri daxilə nüfuz edib. Reanimasiya şöbəsinə yerləşdirilən Y.Vəliyevin vəziyyəti orta-ağır olaraq qalır.
İnsidentin hansı səbəbdən baş verməsinə gəlincə, ər daim həyat yoldaşını ağır sözlərlə təhqir edib, bunlara dözməyən qadın isə sonda bıçağa əl atmağa məcbur olub.

Faktla bağlı 24-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb və qadın şübhəli şəxs qismində saxlanılıb. Baş vermiş hadisə ilə bağlı təyin olunan məhkəmə-tibbi ekspertizanın verəcəyi rəydən sonra fakta hüquqi qiymət veriləcək.
 
Tarix: 10-08-2018, 11:15
Xəbəri paylaş





Xəbər lenti