25 yaşlı çempionu həbsə aparan yol: atasının məhkumluğu haqda deyilən sözlər - TƏFƏRRÜAT


2 qat Respublika çempionu hakim qarşısına çıxarılıb. O, atasını təhqir edən şəxsin ölümünə səbəb olub. Ağır cəza alan idmançı şikayətçidir.

Musavat.com xəbər verir ki, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü Məmmədov Eldəniz Sahib oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Eldəniz Məmmədov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, Eldəniz Məmmədov 9 iyul 2017-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, “Sərçə” bazarı adlanan ərazidə yerləşən yeməkxanada tanışları Fuad Kazımov və Ramin Orucov ilə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. Buna səbəb Ramin Orucovun Elşənin əvvəllər məhkumluq həyatı yaşamış atasının ünvanına xoşagəlməz sözlər danışması olub.



Belə ki, Ramin Elşənə atasının cəza çəkmə müəssisəsində yaxşı ad çıxarmadığını, cəza çəkən şəxslər arasında hörmətsiz olduğunu deyib. Onlar bir-birinin ünvanına nalayiq sözlər işlədərək dalaşmağa başlayıblar. Dava zamanı Ramin Orucovun eyni məzmunlu sözləri təkrarlamasından sonra Elşən onun baş və sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirib. Hadisə yerində olan Fuad Kazımov onları sakitləşdirib. Elşən daha sonra kafedən çölə çıxan zaman Ramin onun arxasınca gəlib və onu söyməyə davam edib. Bu zaman Elşən Raminin baş nahiyəsinə təpiklə bir zərbə endirib və hadisə yerindən uzaqlaşıb. Ramin Orucov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Aldığı cəzadan narazı qalan Elşən Məmmədov apellyasiya şikayəti verərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb.

Hökmdən dövlət ittihamçısı da apellyasiya protesti verərək Elşən Məmmədovun cəzasının ağırlaşdırılmasını və onun əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Elşən Məmmədov məhkəmədə deyib ki, barəsində olan hökm ədalətsizdir. Deyib ki, zərərçəkmiş şəxs əlində bıçaqla onun üzərinə gəldiyi üçün onu vurub, lakin məhkəmə bunu nəzərə almayıb. Elşən hadisəni zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətdiyini deyib.

ÐаÑÑинки по запÑоÑÑ mÉhkÉmÉ

Elşənin müdafiəçisi Zabil Qəhrəmanov isə söyləyib ki, tərəflər arasında baş verən dava vaxtı Ramin Orucov Eldənizin qolundan dişləyib: “Bu zaman Elşən Raminin sifət nahiyyəsinə bir dəfə yumruqla vurub. Onları aralaşdırdıqdan sonra Eldəniz və Fuad Kazımov kafedən çıxıb getmək istəyərkən Ramin onun arxasınca gəlib. Elşənin ünvanına nalayiq ifadələr işlədərək əlindəki bıçaqla onun üstünə hücum edib. Elşən də özünü qorumaq məqsədilə ayağı ilə Raminin başından bir dəfə təpiklə vurub”.

Vəkilin sözlərinə görə, meyitə baxış protokolunda qeyd edilir ki, zərərçəkmiş şəxsin cibində dəstəyi qara rəngli olan bıçaq aşkar edilib: “Əsas şahid Fuad Kazımov da ifadəsində qeyd edib ki, zərərçəkmiş şəxsin əlində olan bıçağın dəstəyi qara rəngdə idi. Qeyd edim ki, mərhum əvvəllər bir neçə dəfə cinayət hadisəsi törədib. Təsadüfi deyil ki, o həmin cinayətlərin bir qismini məhz bıçaqla törədib. Hadisə baş verən zaman Ramin Elşən tərəfindən döyülüb. Elşənin Raminə bıçaq çıxarması mümkün deyil. Çünki bıçaqsız da Raminlə bacara bilib.

Ona görə də hesab edir ki, Elşənin Ramini vurması özünümüdafiə xarakteri daşıdığından və mütləq zərurətdən yarandığından onun cinayət məsuliyyətinə cəlb edilməsi qanunsuz olub”.

ÐаÑÑинки по запÑоÑÑ gÉncÉ sÉrÃ§É bazarı

Dövlət ittihamçısı isə apellyasiya protestini əsaslandırarkən qeyd edib ki, ibtidai istintaq zamanı Elşən Məmmədov dindirilərkən, həmçinin ifadəsi hadisə yerində videoya çəkilməklə yoxlanılarkən yeməkxanada olduqları müddətdə Ramin Orucovun sifət nahiyəsindən ardıcıl olaraq bir neçə dəfə vurduğunu deyib, amma Ramində bıçaq olduğunu söyləməyib.

Prokuror deyib ki, təqsirləndirilən şəxs Elşən Məmmədov ifadəsində 2006-2012-ci illərdə kinqboks idman növü üzrə 2 dəfə respublika çempionu olduğunu bildirib: “Əvvəllər kinqboks idman növü ilə məşğul olan, zərbələrinin gücünə və insan bədəninin həyat üçün təhlükəli nöqtələrinin yerinə bələd olan Elşən Məmmədov mərhum Ramin Orucovu sonuncunun həyatı vacib orqanı olan baş və sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirib. Daha sonra çölə çıxan Ramin Orucovu bir daha təpiklə baş nahiyəsindən qəsdən vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirib. Elşən Ramin Orucova yetirmiş olduğu xəsarətlərdən ölə biləcəyini yəqinliklə bilib. Bunu dərk edərək Ramin Orucovun ölməsinə şüurlu surətdə yol verib. Həmçinin məhkəmə Elşən Məmmədov qisas niyyəti ilə qəsdən Ramin Orucovu öldürüb. Bu səbəbdə də onun əməli qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir”.

ÐаÑÑинки по запÑоÑÑ mÉhkÉmÉ

Tərəfləri dinləyən məhkəmə qərara gəlib ki, birinci instansiya məhkəməsinin qərarı doğrudur. Məhkəmə müdafiə tərəfinin dəlilləri ilə razılaşmayıb.

Məhkəmə prokurorun çıxışına da münasibət bildirərərk göstərib ki, əgər təqsirkarın zərərçəkmişi öldürmək niyyəti olsaydı, o bu niyyətini birinci hadisə zamanı kafenin içərisində dalaşarkən də həyata keçirə bilərdi.

Yekun qərar əsasən birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Tarix: 20-08-2018, 14:14
Xəbəri paylaş





Xəbər lenti