Bərdədə baş verən zəncirvari yol qəzasında 3 nəfər xəsarət alıb


Bərdə rayonunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21011" markalı avtomobillə Mercedes və "VAZ-21-099" markalı avtomobillər bir birinə deyib. Qəza zamani "VAZ-21011" markalı avtobilin sürücüsü və 2 sərnişini müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 23-08-2018, 21:43
Xəbəri paylaş





Xəbər lenti