Söyüşcül təcrübəçi NASA-nı bir-birinə qatdı



ABŞ aerokosmik agentliyində (NASA) təcrübəçi qismində yeni işə başlayan Naomi H. adlı şəxs sevincini bölüşmək üçün Tvitterdə uğursuz paylaşım edib.

Teleqraf.com xəbər verir ki, o, "hər kəs lənətə gəlmiş çənəsini bağlasın. (Shut the f…. up) NASA-da təcrübəçi kimi fəaliyyətə başladım", deyə Tvitterdə bildirib.

Mesaj geniş reaksiya doğurduğu üçün NASA Milli Şurasının üzvü Homer Hikam Naomi H-yə "ifadələrinizə diqqət yetirin" diyə cavab yazıb.

Naomi H isə kim olduğunu bilmədiyi Hikama daha ağır sözlər yazıb. "Sən mənim p….i və t…. yala. Mən NASA-da çalışıram" diyə gənc işçi yazıb.

Bu zaman Homer Hikam da özünü təqdim edib: "Mən də NASA-nın Milli Kosmik Şurasında çalışıram".

Bundan sonra Naomi H paylaşımını silməklə bərabər, tvitter səhifəsini bağlayıb.



Tarix: 23-08-2018, 21:59
Xəbəri paylaş





Xəbər lenti