Cəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.

Minval.info Qafqazinfo-ya istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən kənd sakini, ailənin qonşusu “Cıkma” ləqəbi ilə tanınan Yaşar Bayramov saxlanılıb. “Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. “Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini bildirib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.

İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb. 86 yaşlı Firuzə Əskərovanın başını kəsərək tövləyə aparıb.

Y. Bayramov Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisəsi yaranıb.

Axşam saatlarında onların evinə gedən Y.Bayramov S.Əskərovanı zorlayıb, sonra isə boğaraq öldürüb. F.Əskərovanı isə evin arxasında başını kəsib və tövləyə qədər sürüyərək aparıb. Qan izləri də yerdə qalıb. Onun başı kəsilmiş meyitini tövlədə qoyaraq çıxıb gedib.

S.Əskərova ailə həyatı qurmayıb. O anası ilə həmin evdə tək yaşayıb.

Y.Bayramov 3 dəfə evil olub. Birinci arvadından 3 övladı dünyaya gəlib, indi isə 3-cü arvadı hamilədir