Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi – Qadın özünü üçüncü mərtəbədən atdı

            Bakıda xoşagəlməz hadisə baş verib.

Siam.az "media.az”a istinadən xəbər verir ki, qadın zorlanmaya məruz qalmadığı üçün özünü üçüncü mərtəbədən atıb.

Verilən məlumata görə, hadisə 9 sentyabr saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.
 
Tarix: 11-09-2018, 11:15
Xəbəri paylaş





Xəbər lenti