“İrşad Telekom”un rəhbəri naməlum şəraitdə dünyasını dəyişdi – Şirkət rəhbərinin intihar etdiyi iddia olunur


"İrşad Telekom" MMC-nin rəhbəri Hacıyev İrad Ağahüseyn oğlu dünyasını dəyişib.

 

Avropa.info-nun əldə etdiyi məlumata görə, hadisə təqribən 3 saat öncə baş verib. Şirkət rəhbərinin naməlum şəraitdə dünyasını dəyişdiyi və intihar etdiyi iddia olunur.

 

Məlumatlara görə, İrad Hacıyevin nəşi hazırda morqdadır və ekspertiza onun ölüm səbəbini araşdırır.

Tarix: 14-09-2018, 23:24
Xəbəri paylaş





Xəbər lenti