Rusiyada mafiya ilə əlaqəli iş adamının dəhşətli qətli... – Başı qoparıldı



Leninqrad əyalətində kriminal avtoritet kimi tanınan biznesmen Badri Şengeliya güllələnib.

Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, onun avtomobili atəşə tutulub.

Rus mətbuatının “film kimi ölüm” adlandırdığı hadisə Şenqeliyanın avtomobili idarə etdiyi zaman baş verib. Bu zamanı “Mersedes” markalı başqa bir avtomobil ötmə əməliyyatı edərək, onun qabağını kəsib. Maşından düşən şəxslər Badrinin avtomobilini atəşə tutublar və nəticədə, kriminal avtoritet yerindəcə keçinib. Avtoritet iş adamına 6 güllə vurulub. Güllələrdən onun başının yarısını aparıb.

Faktla bağlı Peterburq polisi araşdırma aparır.

Tarix: 18-09-2018, 09:28
Xəbəri paylaş





Xəbər lenti