Ermənistan ordusunun əsgəri məhv edildi

 Azərbaycan ordusunun cavab atəşi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 38 yaşlı Aykaz Matevosyan məhv edilib.
Siam.az  azvision.az-a istinadən xəbər verir ki, Matevosyanın ölümü barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, müqavilə əsasında hərbi xidmət keçən Aykaz Matevosyan Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq istiqamətində Azərbaycan ordusunun mövqelərindən atılan güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda keçinib.
Tarix: 19-09-2018, 23:13
Xəbəri paylaş





Xəbər lenti