Qayınanasını öldürdü, həyat yoldaşını isə... - Azərbaycanda kürəkəndən DƏHŞƏTLİ ƏMƏL


Qayınanasını öldürdü, həyat yoldaşını isə... - Azərbaycanda kürəkəndən DƏHŞƏTLİ ƏMƏL

Saatlı rayonunda qətl hadisəsi baş verib.

Nərimankənd kəndində yaşayan Həşimov Xəyal axşam saatlarında 1960-cı il təvəllüdlü qayınanası Alışova Hökumə Mirqədir qızını bıçaqlayaraq qətlə yetirib.


O, həmçinin 1993-cü il təvəllüdlü həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını ağır yaralayıb. Sonuncu Saatlı Rayon Xəstəxanasına yerləşdirilib. Qətlin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır (Report).

Tarix: 22-09-2018, 22:42
Xəbəri paylaş





Xəbər lenti